voicepress.az

SON DƏQİQƏ

Millət vəkilindən ilginc fikir: "Bayraq məsələsini yenidən müzakirə etmək, düşünrəm ki, insanların həssasiyyəti ilə oynamaq deməkdir”

6-03-2019, 12:18


“Ulu Öndərimiz sovetlər zamanı belə müstəqillik simvolu olan bayrağımızı arzulamış, onu ürəyində və qəlbində daşımışdır. Ona görə də, bayrağ məsələsini yenidən müzakirə etmək, düşünrəm ki, insanların həssasiyyəti ilə oynamaq deməkdir”

VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızı ilə eksklüziv müsahibəsini təqdim edirik:

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir”

-Hindistan Pakistan arasındakı gərginlikdə, Türkiye Cumhurbaşkanı R. T. Ərdoğan onlar arasında sülh baxımından danışıqların baş tutması üçün gərəkəni edəcəyini bildirib. Bu günə kimi Ermənistanla bütün əlaqələri kəsən və Azerbaycanın ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən olan Pakitsan üçün Azerbaycan belə olan halda hansı mövqeyi tuta bilər?

-Bilirsiz Pakistan Azərbaycanın xarici siyasətində Azərbaycan üçün ən önəmli strateji ölkələrdən biridir. Pakistan Azərbaycan üçün qardaş ölkədir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Tarix boyu Azərbaycana münasibətində, Pakistan xalqı, eləcədə Pakistan dövləti birmənalı olaraq açıq şəkildə qardaş mövqeyində olduğunu dəfələrlə sübut edib, strateji müttəfiqliyini göstərib və ona görə də, bu münasibətlər hər zaman qarşılıqlı olmuşdur. Hələ Ulu Önderimizin rəhbərliyi altında bu münasibətlərin inkişaf tendensiyasını görmək mümkün idi. Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Pakistan və Azərbaycan arasındakı qarşılıqlı münasibətlər yüksək səviyyədə davam etdirilir. Hec də təsadüfü deyil ki, Pakistanın ən çətin və ağır günlərində Azərbaycan dövləti öz qardaş əlini uzadaraq, Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çox ciddi hümanitar lahiyələr həyata keçirmişdir. Məktəblər tikmiş, hümanitar yardımların göstərilməsi üçün bir sıra önəmli layihələri həyata keçirməyə müvəffəq olmuşdur. Ən önəmli və yadda qalan layihələrdən biri Pakistanda Qizlar üçün gimnaziyanın təsis edilməsi idi.
Eyni zamanda sizin də, qeyd etdiyiniz kimi, Pakistan Azərbaycanın strateji müttəfiqi kimi bu günə qədər işğalçı Ermənistanla bütün əlaqələri kəsmişdir. Bu gün Pakistan bu günə Azərbaycanın 20% torpaqlarını işğal edən dövlətə hansı münasibəti gostərirsə, Pakistan da həmin münasibəti göstərir. Bu münasibəti hər zaman Pakistanın ən yüksək rəsmiləri, prezidentləri, baş nazirləri dilə gətirməkdən çəkinməmiş, dəfələrlə öz mövqelərini bildirmişlər. Bu gün qeyd etməliyik ki, Pakistan Azərbaycanın işğal altında olan torpaglarının azad olunması, ərazi bütövlüyünün bərpa olunması üçün bu yolda rəsmi Bakının bütövlükdə istəyini yerinə yetirməyə hazır olan bir dövlətdir. Bu mənada biz Azərbaycanı xarici siyasətində, eləcədə daxili siyasətində Türkiyə və Pakistanı yüksək zirvədə qiymətləndirə bilərik.


“Azərbaycan Prezidenti üçün ilk növbədə ölkədəki sabitliyin qorunması və Azərbaycan xalqının təhlükəsizliyinin təminatı çox önəmli faktordır.”


-26 fevral Xocalı Soqırımı günü İran Prezidenti H. Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanı İranda təmtəraqlı qəbul etdi. Bu Güney Azerbaycanlılar tərəfindən birmənalı qarşılanmadı. Azərbaycan XİN-i tərəfindən bu kimi qeyri adekvat addımlar nece qarşılanmalıydı?Bundan sonra bu tendensiya Azərbaycanla İran münasibətlərinə bu necə təsir göstərə bilər? Bu kimi hallar sabah İranın Qərb tərəfindən hədəfə alınması üçün Azərbaycan ərazisinin savaş plasdarmı olmasına gətirib çıxara bilərmi?

-Əvvəla, qeyd edim ki, İran Azərbaycana qonşu dövlətdir. İran İslam Konfransına Azərbaycanla bərabər hüquqlu üzvdür. İranda milyonlarla soydaşlarımız yaşayır. İran xalqı ilə bizim tarixi bağlılığımız var. Lakin İranın Ermənistanla olan münasibətləri təəcüblü deyil. İran heç bir zaman Ermənistanla olan yaxınlıq siyasətini gizlətməyib. Sadəcə İran konstitusiyasına və İran qanunlarına tabe olan Cənubi Azərbaycanlıların mövqeyini və ürək ağrısını nəzərə alaraq, bu qeyd edilən görüşün məhz 26 fevral Xocalı soyqrımına təsadüf etməsinin qarşısını ala bilərdi, deyə düşünürəm. Azərbaycan dəfələrlə bu kimi hallarla rastlaşıb. Amma Azərbaycanın dövlət rəhbərliyi istənilən halda düşünülmüş qonşuluq prinsiplərinə əsaslanan siyasət yürütməyə üstünlük verir. Hərçənd ki, qonşu dövlətlər tərəfindən birmənalı və bəzən də, qeyri adekvat addımlarla üzləşir. İran dövləti Xocalı soyqrımı günü Cənubi Azərbaycanda yaşayan azəri soydaşlarımızı düşünmədən addım atdığını hesab edirəm. Amma Cənab İlham Əliyev hər zaman olduğu kimi Cənubi Azərbaycandakı azəri soydaşlarımızın həyatını risqə atacaq bir addım atmamağa üstünlük verir. Rəsmi Bakı heç bir halda revanş siyasətinə baş vurmayaraq, Azərbaycanın istənilən halda başqa dövlətin məqsəd və ambisiyalarına görə, savaş plasdarmı olmasına yol verməyəcəyini düşünürəm. Çünki Azərbaycan Prezidenti üçün ilk növbədə ölkədəki sabitliyin qorunması və Azərbaycan xalqının təhlükəsizliyinin təminatı çox önəmli faktordır. Sadəcə olaraq, qeyd etməliyik ki, bir sıra dövlətlərin İrana qəti sanksiyalar tətbiq etdiyi dönəmdə belə Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində rəsmi Bakının İrana qarşı olan mövqeyi heç bir halda dəyişmədi. Təbii ki, belə olan halda, biz də qonşu dövlət olaraq, İrandan adekvat addım gözləyirik. İslam Konfransında belə İran Xocalı ilə bağlı özü səs verdiyi halda, düşünürəm ki, baş tutan görüşün Xocalı soyqırım gününə təsadüf etməsinin qarşısını müəyyən baxımdan almaq olardı.

“Bayrağ məsələsini yenidən müzakirə etmək, düşünrəm ki, insanların həssasiyyəti ilə oynamaq deməkdir”

-Elman Nəsirlinin Azərbaycan bayrağındakı ayparanın bir anlam kəsb etmədiyini bildirib. Sizcə biz illərdir dərsliklərdə anlamsızmı nələrisə gənc nəslə öyrədirdik? Və bu bayraq müqəddəs olduğu qədər də, sabah hər kəsin başqa başqa dövlətlər tərəfindən yandırıla biləcək, tapdana biləcək halları ilə də, üzləşirik. Elə isə Heydər Əliyevin rəsminin bayrağın üzərinə həkki nə qədər doğru olar?

-Mən Elman Nəsirlinin Azərbaycan bayrağındakı ayparanın bir anlam kəsb etmədiyini bildirməsini eşitməmişəm. Eşitmədiyim fikir haqqında da, heç nə deyə bilmərəm. Amma təbii ki, Ulu Öndərimiz deyir: “Çağdaş müasir dövlətimiz, xalq cümhuriyyətinin varisidir”. Ulu öndərimiz ilk dəfə Naxçivanda Ali Məclisinin sədri olanda, Azərbaycanın Xalq Cumhuriyyəti dövründə, bayrağımızı ilk dəfə olaraq, Ali Məclisin dövlət bayrağı kimi qəbul etmişdi. O zaman bayrağımız Ali Məclisə daxil olana qədər Ulu Öndər bayrağın üzərində olan rənglərinə və üzərində olan işarələri yüksək qiymətləndirimişdi. Ulu Önədirmiz sovetlər zamanı belə müstəqillik simvolu olan bayrağımızı arzulamış, onu ürəyində və qəlbində daşımışdır. Ona görə də, ən çətin dönəmdə, heç bir qadağaya baxmayaraq, bayrağımızı Ali Məclisin dövlət bayrağı kimi elan etməyə müvəffəq olmuşdu.

"Başqa dövlətlərdə bayrağı əzizləmək məqsədi ilə divan və kresloya üzlük də çəkirlər, hələ üstəlik “şortik” də tikdirib geyinirlər..."

Buna görə də, hesab edirəm ki, biz bayraq məsələsini müzakirə etməməliyik.. Cənab Prezidentimiz də, dəfələrlə Dövlət bayrağımızın dalğalanması ilə bağlı çox ciddi fikirlər bildirib. Biz bayrağımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bayrağla bağlı bəzi tendensiyaları da, müşahidə edirik. Başqa dövlətlərdə bayrağı əzizləmək məqsədi ilə divan və kresloya üzlük də çəkirlər, hələ üstəlik “şortik” də tikdirib geyinirlər. Amma bizdə bayraq toxunulmazdır. Görünür, bu bayrağa olan sevgi və hörmət Türk ruhunda var olan bir xüsusiyyətdir. Bizdə Vətən uğrunda şəhid olan şəhidimizin məzarı üzərinə örtəcək qədər müqədəsdir bayraq.

“Dünyada hümanitar yardım məsələsinə görə, Birləşmiş Ştatların təqdim etdiyi hesabatda Türkiyə birinci yerdədir”

-Türkiyədə Suriya göçmənləri üçün hər yerdə xüsusi güzəştlər tədbiq edilir. Bu qanunda belə, adi mağazalarda belə fərq edilir. Türkiyə vətəndaşları üçün ayrı, yabancı vətəndaşlar üçün ayrı, Suriyalılar üçün tam fərqli bir bölüm fəaliyyət göstərilir. Bu kimi hal Azerbaycandan olan məcburi köçkünlər üçün niyə tətbiq olunmur?

-Qardaş Türkiyə bu gün dünyada hümanitar yardım məsələsində, Orta Asiyadan köçən insanlarla bağlı, insanlıq krizlərinə verdiyi dəstəklərə görə, Birləşmiş Ştatların təqdim etdiyi hesabata əsasən birinci yerdədir. Bu nümunəvi örnək bir dövlətdir. Türkiyə tarixən kökü olan və öz qüdrətini dəfələrlə sübuta yetirən bir dövlətdir. Azərbaycan isə zaman-zaman başqa- başqa dövlətilərin təsirinə məruz qalmış bir dövlətdir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdiyi zamandan bu günə qədər dövlətimiz bir milyondan artık qaçqın və məcburi köçkününə özü yardım edir. 2003-cü ildən bu günə kimi məcburi köçkünlər üçün qəsəbələr yaradıldı. Onlar üçün müəyyən güzəştlər tətbiq olundu. Bu gün demək olar ki, məcburi köçkünlərimizin çoxu müasir şəraitdə yaşayır. Bu gün əminliklə deyə bilərik ki, qaçqın və məcburi köçkünlərimizin mənzillə təminatı, işlə təminatı, onların uşaqlarının təhsilə cəlb olunması, əmək fəaliyyətləri, sağlamlıqları belə dövlət himayəsindədir. Bu gün ölkədə qaçqın və məcburi köçkünlərin dövlət himayəsi ilə təminatı məsələsinə görə Azərbaycan dövləti nümunəvi dövlətlərdən biridir. Bu gün hər kəs görə bilər ki, Möhtərəm prezidentimiz cənab İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyeva üçün qaçqın və məcburi köçkünlərin problemləri, digər problemlərin həllindən daha vacibdir.

“Paşinyan avantürist bir siyasətçi, küçə mitinqlərində seçilmiş bir baş nazirdir”

-Paşinyan öz “twitter” hesabında Ermənistanın Azərbaycanı dalana dirədiyini bildirib. O deyir ki, Azərbaycan illərdir bizi müharibə ilə hədələyir. Amma indi nə bizim təklifimizi qəbul edə bilmir, nə də müharibənin adını belə çəkmir. Erməninin gözü ilə görünən bu durumu sizdən də, eşitmək istərdik. Əslində məsələ nə yerdədir?

-Paşinyan avantürist bir siyasətçi, küçə mitinqlərində seçilmiş bir baş nazirdir. Onun gələcək aqibətini proqnozlaşdırmaq elədə çətin deyil. Onun istifadə etdiyi fikirlər plagiyatdır. Paşinyan atdığı bu kimi tvitlərlə özünü gülünc vəziyyətinə salır. Bu bir reallıqdır ki, Ermənistan bu gün regiondakı bütün strateji əhəmiyyətli layihələrdən məhrumdur. Ermənistan sözün əsil mənasında blokadadır. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı –Tibilisi-Qars, TANAP, TAP və digər önəmli layihələrdə Ermənistan kənarda qalmış oldu. İranın dəstəyi olmasa Ermənistan məhv olar. Paşinyanın özü yaxın zamanda dalana dirənəcək. Nə qədər riyakar və abırsız olasan ki, Azərbaycana qarşı bu kimi ifadələrlə çıxış edəsən?! Bu günki müharibə 30-40 il bundan öncəki müharibə demək deyil. Bu gün müharibə daha dağidici xarakter daşıdığı üçün dünya birliyi tərəfindən həll yolu olaraq qəbul edilmir. Azərbaycan da, təbii olaraq, münaqişəni sülh yolu ilə həll etməkdə maraqlıdır. Amma işğalçı Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmadığı təqdirdə Azərbaycan tərəfi müharibə ilə torpaqlarını azad etmək hüququna malikdir. Aprel döyüşləri Azərbaycanın başlana biləcək müharibədə qələbə qazanmağa qadir olduğunu sübut etmiş oldu. Biz tez-tez “youtobe” dan da, ermənilərin özlərinin lentə aldıqları video görüntülərdən də, müşahidə edirik ki, bu gün Ermənstanda kimsə qalmayıb. Hər kəs Ermənistandan qaçır. Ermənistan hal-hazırda xalqının böyük köçünü müşahidə edir. Bu o deməkdir ki, hər bir erməni Ermənistanın prespektivi olmadığının fərqindədir.





F. Muqbilova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 8 754
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter