voicepress.az

SON DƏQİQƏ

BMT Baş katibinin köməkçisi Azərbaycana gəlir

11-03-2019, 21:01

BMT Baş katibinin köməkçisi Azərbaycana gəlir

Sabah BMT Baş katibinin köməkçisi xanım Miryana Spolyariç Egger Azərbaycana gələcək.

VOİCEPRESS.AZ xəbər verir ki, BMT İnkişaf Proqramının (BMT İP) rəhbərinin müavini və qurumun Avropa və MDB üzrə regional bürosunun direktoru üç gün davam edəcək səfər çərçivəsində məşğulluq, ətraf mühitin mühafizəsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və şəhərlərin dayanıqlılığı kimi əsas sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə hökumət rəsmiləri, bir sıra nazirliklərin rəhbərləri ilə görüşlər keçirəcək.

M.Egger həmçinin Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edəcək və vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunduğu “ASAN xidmət” mərkəzinə baş çəkəcək. Eyni zamanda “Yeni xarici siyasət” mövzusunda VII Qlobal Bakı Forumunda iştirak edəcək və Yer Kürəsi İnstitutunun nümayəndəsi Ceffri Saks və BMT İP-nin keçmiş rəhbəri Helen Klarkla eyni panel sessiyasında dayanıqlı inkişafa keçidin siyasi-iqtisadi aspektlərini müzakirə edəcək.

BMT rəsmisi həm də Azərbaycanda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BMT İP-nin ənənəvi olaraq hər il təşkil etdiyi əsas tədbirlərdən biri olan 6-cı Regional İnternet İdarəçiliyi Forumunda açılış nitqi söyləyəcək.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 925
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter