voicepress.az

SON DƏQİQƏ

Gürcüstan prezidentinin Azərbaycana səfər proqramı AÇIQLANDI

25-02-2019, 20:18

Gürcüstan prezidentinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır.

Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorunun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 346
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter