voicepress.az

SON DƏQİQƏ

Ziyafət Əsgərov Neft Fondunun transferlərindən imtinanın əleyhinə çıxdı

5-11-2018, 13:52

“Dövlət büdcəsi ölkənin iqtisadi Konstitusiyasıdır və onun müəyyən etdiyi parametrlər iqtisadi baxımdan necə yaşamağımızı təmin edəcək”.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentdə komitələrin birgə iclasında deyib.

Dövlət büdcəsi müzakirə olunan zaman bir neçə parametrə xüsusi diqqət etdiyini deyən komitə sədri bildirib ki, büdcənin sosial xarakter daşıması, beynəlxalq iqtisadi konyukturanı özündə necə əks etdirməsi, maliyyə sabitliyin təmin olunması mühüm amillərdir.

“Bu baxımdan hesab edirəm ki, 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür. Büdcənin sosial yönümlü olması, ilk növbədə Konstitusiyamızdan irəli gəlir və dövlətimizin ali məqsədidir”.

Z. Əsgərovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 faiz çoxdur.

Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq.

“Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb”. Çıxışı zamanı büdcənin neftdən asılılığının azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z. Əsgərov qeyd edib ki, Dövlət Neft Fondundan transferlərdən imtina etmək düzgün deyil.

“Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işləyib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır. Bunu xalqımız üçün edirik. Bu, sosial vəziyyətin yaxşılaşdırılması deyilmi?”.

O əlavə edib ki, 2019-ci ilin büdcəsində dünya iqtisadi konyukturası və çağırışlar nəzərə alınıb. “Bu büdcə Azərbaycanın gələcəyi, xüsusilə də 2019-cu il üçün etimadlı büdcədir. Elmi cəhətdən savadlı hazırlanıb. Büdcəmiz xalqımız üçün xeyirli olsun”.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 819
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter