voicepress.az

SON DƏQİQƏ

Deputat Beynəlxalq Elmi Konqresə qatılıb

1-11-2018, 22:31

Moskvada Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr edilən Beynəlxalq Elmi Konqres keçirilib. VOİCEPRESS.AZ xəbər verir ki, konqresdə Rusiya Federasiyasının və bir çox xarici ölkələrin görkəmli alimləri, dövlət və ictimai xadimləri iştirak edib. Konqresdə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik Vitaliy Naumkinin dəvəti ilə fəxri qonaq qismində AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva iştirak edib.

Konqresin rəsmi təntənəli açılış mərasimindən sonra Rusiya və Şərq: talelərin müştərəkliyi; Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru; Şərqşünaslıq elmi bu gün: gələcəyə aparan yollar; Dünya siyasətində Şərq: yeni imkanlar; Şərqin iqtisadiyyatı: inkişafın müxtəlifliyi mövzuları üzrə sessiyalar başlayıb.

Konqresin təşkilatçılarının ümumi rəyi ilə müəyyənləşdirilmiş və əvvəlcədən nəşr edilmiş proqrama əsasən “Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru sessiyasının moderatorluğu akademik Gövhər Baxşəliyevaya tapşırılıb.

Sessiyanı açan G.Baxşəliyeva REA Şərqşünaslıq İnstitutunun rəhbərliyini və kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib və daha sonra deyib: “Hörmətli konqres iştirakçıları! Şərq və Qərb sivilizasiyalararası dialoq qarşılıqlı əlaqə və təsir məsələləri zəmanəmizdə olduqca aktualdır. Bildiyimiz kimi bu mövzuya aid BMT tərəfindən müntəzəm tədbirlər, beynəlxalq forumlar keçirilir. 2016-cı ilin aprel ayında BMT-nin “Sivilizasiyaların alyansı” mövzusunda forum Bakıda böyük uğurla keçirilmişdir. Müntəzəm olaraq Bakıda Humanitar forumlar keçirilir. Bir neçə gün öncə bizim ölkədə VI Humanitar forum keçirilmişdir. Dünyanın bir çox ölkələrindən gələn görkəmli alim və ictimai xadimlər, tələbələr bəşəriyyəti bu gün narahat edən müxtəlif problemləri, o cümlədən sivilizasiyaların qarşılıqlı əlaqələrinə dair müzakirələr aparmışlar.

Surətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir.

Bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib.

Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu «Gilqameş»ın, «Mahabharata»nın, «Ramayana»nın, «İliada»nın, «Odisseya»nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir.

Ellinizm dövründə isə yunan mədəniyyətinin Şərq mədəniyyətlərinə təsiri danılmazdır. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz ərəb-iran mədəniyyəti antik və Avropa Renessans mədəniyyəti arasında vasitəçi oldu.

Orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində sərhəd ədəbiyyatı adlanan mədəniyyətlər yarandı. Bunlardan ən maraqlısı mütəxəssislərin rəyinə görə ərəb və ispan ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsiri nəticəsində yaranan Əndəlus ədəbiyyatı hesab olunur.

XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, çin ədəbiy­yatlarının ən parlaq nümunələri ilə gözəl tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürdü. Lakin o zaman bu konsepsiya Avropameylli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdilər.

Yalnız bir qədər sonra, əsasən XIX əsrin ikinci yarısından etibarən, ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başladılar. Şərq ölkələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı və milli özünəməxsusluğun və bədii ənənələrin itirilmə təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açdı".

Daha sonra məruzəçilər çıxış etdilər: Valeriy Androsov (Rusiya), Uğur Yunal (Türkiyə), Li Djuxen (Koreya) və digərləri. Sonra moderator və məruzəçilərə iştirakçılar tərəfindən suallar verildi və onlar cavabladırıldı. Daha sonra müzakirələr və çıxışlar başladı. Milliyyətcə erməni olan bir dinləyici türkiyəli alim, Türkiyənin Dövlət Arxivləri İdarəsinin direktoru Uğur Yunala etiraz etməyə çalışdı, amma moderatorun yerində haqlı müdaxiləsindən sonra çıxışını yarımçıq kəsməli oldu.

Sonda moderator Gövhər Baxşəliyeva dinlənilən məruzə və çıxışlara münasibət bildirib.

Konqresə ümumi yekun vuran akademik Vitaliy Naumkin tədbirin mühüm əhəmiyyətini vurğulayaraq, bütün iştirakçılara təşəkkür edib.



Deputat Beynəlxalq Elmi Konqresə qatılıb




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 055
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter