voicepress.az

SON DƏQİQƏ

İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub

1-11-2018, 19:58

Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib.

VOICEPRESS.AZ -ın verdiyi xəbərə görə, tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər.

Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin məzarı ehtiramla ziyarət olunub.

Abidə-məzar kompleksinin önünə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.

Tədbirdə Süleyman Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü Aylin Cəsur, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış ediblər.

Səfir Xəzər İbrahim Süleyman Dəmirəlin yaxınlarına Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün göstərdiyi xidmətlərdən, o cümlədən ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən danışıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman Dəmirəlin hər zaman Azərbaycanın yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını ifadə edib.

Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra iştirakçılar İslamköydəki Süleyman Dəmirəl muzeyində olublar.

Qeyd edək ki, bu muzeydə Süleyman Dəmirəlin ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla bağlı ona verilmiş müxtəlif hədiyyələr və mükafatlardan ibarət guşə yaradılıb.



İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub




VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 999
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter