voicepress.az

SON DƏQİQƏ

Rusiya Dövlət Dumasının sədri Oqtay Əsədovu Moskvaya rəsmi səfərə dəvət edib

9-10-2018, 17:08

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov oktyabrın 9-da Türkiyənin Antalya şəhərində Avrasiya Ölkələri Parlament Sədrlərinin III Müşavirəsi çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

VOİCEPRESS.AZ Rusiya Dövlət Dumasının Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Avrasiya Ölkələri Parlament Sədrlərinin Müşavirəsinin gündəliyində olan məsələlər, o cümlədən iqtisadi əməkdaşlıq, ekologiya və regionun davamlı inkişafı, həmçinin parlamentlərarası qarşılıqlı əlaqələr və Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Oqtay Əsədov Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələrin daha aktiv şəkildə inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, 2018-ci ilin yeddi ayı ərzində ölkələr arasındakı ticarət dövriyyəsi 1,5 milyard dollara çatıb.

"Rusiya ilə ən yüksək siyasi və iqtisadi əlaqələrimiz var və biz onları dəyərləndiririk", - deyə O. Əsədov bildirib.

V.Volodin isə, öz növbəsində, Dövlət Duması ilə Milli Məclis arasında Yüksək Səviyyəli Parlamentlərarası Komissiyanın yaradılmasına dair işlərin yekun mərhələdə olduğunu vurğulayıb.

"Gərək iş qrafiklərinə baxaq, yüksək səviyyəli Komissiyanın yaradılmasına dair sənədlərin imzalanmasıyla bağlı vaxt müəyyən edək. Bunu sizin rəsmi səfəriniz zamanı da edə bilərik, sizi Rusiyaya dəvət edirəm", - V.Volodin qeyd edib.

Xatırladaq ki, bu Komissiyanın yaradılmasına dair razılıq Vyaçeslav Volodinin Bakıya ilk rəsmi səfəri zamanı əldə olunub.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 056
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter