voicepress.az

SON DƏQİQƏ

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad olunub

4-10-2018, 11:41

Yasamal Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmudov İmaməli Musa oğlu vəzifəsindən azad olunub.

VOİCEPRESS.AZ bildirir ki, bununla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əmr imzalayıb.

O, həmçinin söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü olub.

Həmin vəzifəyə Əliyev Qabil Adil oğlu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal RİH-in başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 477
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter