voicepress.az

SON DƏQİQƏ

Putin bu gün Bakıda olacaq

27-09-2018, 08:07

Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda olacaq. VOİCEPRESS.AZ xəbər verir ki, prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin sentyabrın 27-də Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək.

“Orada Rusiya və Azərbaycan regionlarının forumu keçiriləcək. Dövlət başçıları Vladimir Putin və İlham Əliyev regionların rəhbərləri ilə söhbət edəcək, onların qarşısında çıxış edəcəklər. Bu görüşdən əvvəl Prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarına tamaşa edəcək”,- Peskov deyib.

Vladimir Putin daha sonra sentyabrın 27-28-də Düşənbədə MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 713
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter