voicepress.az

SON DƏQİQƏ

Məmmədyarov Mnatsakanyanla görüşündən danışdı

27-09-2018, 08:21

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda görüş keçirilib.

Bu barədə VOİCEPRESS.AZ-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

***

Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı.

Bu sözləri Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə sentyabrın 26-da Nyu Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə nazir əlavə edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 611
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter