voicepress.az

SON DƏQİQƏ

Putin Azərbaycana gəlir

7-09-2018, 10:49

Rusiya Prezidenti Vladimir Putin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Sentyabrın sonuna yaxın Putin Azərbaycana səfər edəcək. 27-28 sentyabrda isə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcək. Oktyabrda Putinin Özbəkistana səfəri planlaşdırılıb”, – deyə o bildirib.

Uşakov ilin sonuna qədər Rusiyada Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcəyini də açıqlayıb.

F. Muqbilova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 796
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter