voicepress.az

SON DƏQİQƏ

Zaxarovadan Qarabağla bağlı keçirilən görüşə REAKSİYA

18-07-2018, 21:38

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib.

VOİCEPRESS.AZ xəbər verir ki, apa -nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN-in sözçüsü ölkəsinin iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib:

"Lakin nəzərə alsaq ki, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bu mövzu ilə əlaqəsi var, ona görə də hesab edirik ki, tərəflərin hər hansı konstruktiv təması bu münaqişənin həlli ilə bağlı əsas məqsədə çatmağa kömək etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, görüşün yekunlarını, nə qədər məhsuldar, faydalı və perspektivli olduğunu görüşün iştirakçıları şərh etməlidirlər. Biz hər iki tərəfin münaqişənin nizamlanması istiqamətində atılan addım kimi və ya heç olmasa dialoqun davamı kimi qiymətləndirdiyi hər şeyi alqışlayırıq".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 006
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter