voicepress.az

SON DƏQİQƏ

Prezidentin Gəncə ilə bağlı güc strukturlarına tapşırıqları...

14-07-2018, 18:08

Gəncədə baş verənlər sıradan bir hadisə deyil. Baş verənlərin bir-biri ilə sıx bağlı olduğu və burada bir xarici əl olduğu xüsusi hiss edilir.

Bu sözləri VOİCEPRESS.AZ -a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərləri ilə keçirdiyi son toplantıda səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, bunlar hamısı düşünülmüş məsələlərdir:

“Cənab Prezident çox düzgün olaraq bunu Azərbaycan dövlətçiliyinə zərbə kimi qiymətləndirir. Amma bununla belə, Azərbaycan dövlətçiliyi bu hadisələr qarşısında ayaq üstə durdu, özünün möhkəmliyini qoruyub saxlaya, gücünü göstərə bildi, sarsılmadı. Cəmiyyət dövləti, iqtidarı dəstəklədi, xüsusilə vətəndaşlarımız stabillikdə, indiki hakimiyyətdə maraqlı olduğunu göstərdi. Cənab Prezidentin operativ surətdə bununla bağlı müşavirə keçirməsi, məsələləri prinsipial qiymətləndirməsi, mövcud vəziyyətlə bağlı özünün tapşırıqlarını, göstərişlərini verməsi bir daha göstərdi ki, Azərbaycanda heç bir zaman dövlətçiliyi sarsıtmaq mümkün olmayacaq”.

Millət vəkili vurğulayıb ki, Gəncə hadisələrinin bütün təfərrüatı incəliyinə qədər öyrəniləcək:

“Prezidentin çıxışlarında da bu məsələ qeyd edildi. Artıq bir sıra detallar aydındır. Ən əsası odur ki, hüquq-mühafizə orqanları operativ surətdə əldə edilən və yayılması mümkün olan məsələlər barəsində cəmiyyəti məlumatlandırır. Azərbaycan vətəndaşı ona haradan təhlükə gəldiyini çox yaxşı görür. Heç bir şübhə olmasın ki, bundan sonra da Azərbaycan dövləti öz müstəqilliyini qoruyacaq və vətəndaşlarımızın sabit yaşayışını təmin edəcəkdir”.

Millət vəkili vurğulayıb ki, bütün bunlarda xaricdəki antiazərbaycan qüvvələrin əli var:

“Onlar Azərbaycanı daxildən sarsıtmağa, insanlarımızı üzbəüz qoymağa çalışır. Amma onların əməlləri baş tutmur. Çünki cəmiyyət öz hakimiyyətini qoruyub saxlamaqda maraqlıdır”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 034
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter