voicepress.az

SON DƏQİQƏ

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

27-06-2018, 10:10

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Məlumatda həmçinin bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək: "Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək".

Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 174
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter