voicepress.az

SON DƏQİQƏ

Qarabağla bağlı suala Quterreş və Lavrovun fərqli cavabı

21-06-2018, 23:32

Bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması haqqında suala cavab verərkən söyləyib.

Baş katib BMT-nin bütün üzv dövlətlərinin təşkilatın Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb.

Azərtac-ın məlumatına görə, həmin suala cavab verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib: “Sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bununla məşğuldur. Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üzərində işləyirik. Bu prosesin başa çatması üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Əminəm ki, bu istiqamətdə irəliləyən kimi münaqişənin nizama salınması daha yaxın olacaq”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 014
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter