voicepress.az

SON DƏQİQƏ

2018 –ci il NAXÇIVAN ÜÇÜN HƏM DƏ QƏLƏBƏ TARIXİ İLƏ YADDA QALDI...

21-06-2018, 07:20

Naxçivan Azərbaycanin, o cümlədən dünyanin ən qədim yaşayiş məskənlərindən biridir.Ümumdünya daşqınına (Nuh tufanına) qədər bu diyarın adının nə olduğu bizim üçün qaranlıq olsa da, Qurani-Kərimdə dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin - türklərin məskunlaşdığı və burada ilkin sivilizasiyanın başlandığı şəksizdir.

Naxçıvanda Nuh tufanından sonra ilk yaşayış məskənlərindən biri olmaq etibarı ilə təqribən 10 min il bundan əvvəl burada yaşayışın başlanılmasını göstərən və bu gün də mövcud olan tarixi abidələr, kənd, şəhər, oba adları öz əlamətlərini bildirir və deyilənləri təsdiq edir.

Hələ e.ə. III-II minilliklərdə burada sənətkarlığın, kənd təsərrüfatının inkişafı, əkinçiliyin, bağçılığın yaranması, əlverişli coğrafi ərazidə yerləşən Naxçıvan diyarının şöhrətini artırmışdır. Böyük tarixi inkişaf yolu keçən Naxçıvan məmləkətə həm də zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olmuşdur. Dəfələrlə işğalçı ordular Naxçıvanı çapıb-talamış, dağıdıb viran qoymuşlar.Uzaq olmayan tariximizə nəzər salaq.

1905-1906-ci illər qırğınlarında gözü qandan doymayan ermənilər 1918-ci ildə yenidən baş qaldırıb Azərbaycanın hər yerində misli görünməmiş vəhşiliklər törətmişlər. Ermənilər tərəfindən qocalar, uşaqlar, qadınlar diri-diri yandırılır, süngüyə keçirilir, burun, qulaq və döşləri kəsilir, gözləri çıxarılır, quyulara doldurulub daş-qalaq edilirdi. On minlərlə dinc türk sakini evlərində yandırılır və güllələnirdi. Bu illərdə Naxçıvanda vəziyyət daha da gərginləşmişdi. Azərbaycan hökumətindən kömək ala bilməyən Naxçıvan əlacsız duruma düşmüşdü. Gündən-günə vəziyyətin gərginləşdiyini görən Naxçıvan camaatı Türkiyədən kömək istəyir. 1918-ci ilin iyul ayında Türkiyənin I Qafqaz Ordu Komandanı Kazım Qara Bəkir paşanın rəhbərliyi altında Naxçıvana gələn türk ordusu azərbaycanlı əhalinin xilası və Naxçıvanın qurtuluşu yolunda önəmli addımlar atır.

Ulu Öndərimiz Heydər Əliyevin ata yurdu da demək olar bu diyara. Uzun illər Naxçıvanın abadlaşdırılması, mühafizə olunması, inkişaf etdirilməsində misilsiz xidmətləri olan Ulu Öndərimiz Heydər Əliyev Bakıya gələndən sonra o şərəfli və məsuliyyətli işi cənab Vasif Talıbova həvalə etmişdi . Bu gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yenidən qurulur, yaradılır və gözəlləşdirilir. Naxçıvan şəhəri Azərbaycanın ən gözəl şəhərinə çevrilmişdir. Muxtar Respublikanın bütün rayonlarında böyük quruculuq işləri aparılır, dünya standartlarına cavab verən, müasir üslubda məktəblər tikilir, istehsalat sahələri yaradılır, kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir, əhalinin maddi rifahı günü-gündən daha da yaxşılaşır. Naxçıvan İlahinin qüdrəti ilə yaranmış, Şərqlə Qərbin qovşağındə qərar tutmuş qədim Azərbaycan yurdudur. Bu gün Naxçıvana dünyadan turist axını gəlməkdədir, eyni zamanda 2018 ci il Naxçıvanın “İslam paytaxtı” elan edilməsi münasibəti ilə saysız qonaqların, turistlərin gəlişi və Naxçıvana olan maraq günü - gündən artırır.

Vətənpərvərliyi, insanlarının səmimiyyəti də Naxçıvanın inkişafında xüsusi rol oynayır. Bu vətənpərvərliyin şahidi olan Türk Dünyasının qəhrəman oglu İbad Hüseynovun dilinin əzbərinə çevirdiyi bir sözü var: “Vasif Talıbov Heydər Əliyev kursunun, məktəbinin ali davamçısıdır və Naxçıvan şəhərinin əyilməz sütunudur”. Bəli qəhrəmanımız İbad Hüseynovun sözlərində böyük bir həqiqət vardır. Cənab Vasif Talıbovun ciddi səyləri, maraqlı təklifləri əslində bü gün internet əsrində maraqsızlaşan bir çox sahələrə yeni nəfəs gətirdi. Harda yaşamasından asılı olmayaraq insanda Naxçıvanda yaşamaq, çalışmaq həvəsi oyanır. Bəli bu maragı, bu sevgini insanların psixologiyasında Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Vasif Talıbov ciddiliyi, siyasəti, təcrübəsi, keçdiyi keşməkeşli həyat məktəbi yaradır. 2018 ci il daha bir tarixi günləri ilə yadda qaldı.1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilmişdi Ordumuz bir neçə əlverişli mövqeləri əldə edib “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. 26 illik həsrətdən sonra günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Başda Vasif Talıbov olmaqla İnanırıq ki, bu yurdun zəhmətkeş insanlarının səyi ilə yaradılmış hələ neçə-neçə ugurların, yeniliklərin şahidi olacağıq. Naxçıvan, qədim –tarixi yurdumuz, daim var ol!







Gülşən Behbud
Şairə- jurnalist “Atilla” jurnalının baş redaktoru

VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 14 136
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter