voicepress.az

SON DƏQİQƏ

Lukaşenko: "Belarus-Azərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək"

11-06-2018, 14:42

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, A.Lukaşenko qeyd edib ki, ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.

Təbrikdə deyilir: "Hər iki dövlət çoxtərəfli sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əsas beynəlxalq problemlər üzrə eyni mövqeyə malikdir. Birgə səylərlə əməkdaşlığın möhkəm təməli qoyulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır".

A.Lukaşenko əmin olduğunu bildirib ki, Belarus və Azərbaycan arasında etibarlı münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə gələcəkdə də dinamik inkişaf edəcək.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 452
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter