voicepress.az

SON DƏQİQƏ

"Kadr islahatları da aparılacaq"

10-05-2018, 14:12

Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində kadr islahatları da aparılacaq.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.

Nazir hesab edir ki, Azərbaycan mədəniyyəti ölkəmizə çoxsaylı qonaqların cəlb olunmasına, Azərbaycana hörmət qazandırmağa layiq olan bir sahədir. Mədəniyyət sahəsi həmişə həm Azərbaycan xalqının mənəviyyatına, həm də onun təbliğ olunmasına xidmət edəcək.

Ə.Qarayev bildirib ki, yeni yaranan Mədəniyyət Nazirliyi öz fəaliyyət istiqamətlərini dəyişdirməyəcək: "Biz öz fəaliyyət istiqamətlərimizi demək olar ki, dəyişdirmirik. Biz öz işimizi davam etdiririk. Sadəcə indi turizm sənayesi artıq iqtisadi sahə kimi idarə olunacaq. Bu gün Azərbaycan turizm sənayesi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət Nazirliyinin funksiyaları sözsüz ki, fərqli xarakter daşıyır. Sözsüz ki, mədəniyyət işçiləri Azərbaycan mədəniyyətinin tanıdılması, turistlərin cəlb olunması üçün fəaliyyətini davam etdirəcək. Biz turistlərin üzünə həmişə açıq olacayıq, əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 433
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter