voicepress.az

SON DƏQİQƏ

Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov vəzifələrini itirdilər

21-04-2018, 18:03

Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, yeni hökumətdə bəzi nazirlər təmsil olunmayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov vəzifəsindən azad edilərək onun yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala İbrahim oğlu Abutalıbov təyin edilib.

Həmçinin Elçin Əfəndiyev baş nazirin müavini vəzifəsindən azad edilib. Bununla yanaşı İsmət Abbasov baş nazirin müavini vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad edilib. Onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Rafiq oğlu Babayev təyin edilib.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edilib və onun yerinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam İmdad oğlu Kərimov təyin edilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vəzifəsindən azad edilib. Onun yerinə Milli Məclisin deputatı Rövşən Şükür oğlu Rzayev təyin edilib.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Dövlətxanov Dövlətxan Famil oğlu vəzifəsindən azad edilib. Onun yerinə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Rafiq oğlu Nuriyev təyin edilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 130
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter