voicepress.az

SON DƏQİQƏ

ASRP sədri prezidenti və xalqı təbrik etdi

12-04-2018, 13:51

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı cənab İlham Əliyevi seçkilərdə növbəti dəfə qələbə qazanması münasibəti ilə təbrik edib.

Onun sözlərinə görə, İham Əliyev əvəzolunmaz liderdir: " Biz partiya olaraq, hər zaman Azərbaycanın milli maraqları və müqəddəs məqsədə xidmət edən düşüncəmizin hakimiyyətdə olmasının tərəfdarı olmuşuq. Bu gün bu ali düşüncənin və məsuliyyətli missiyanın öhdəsindən cənab İlham Əliyev kimi layiqincə gələ biləcək real namizəd yoxdur. Bunu etiraf etmək gərəkir. Dünyanın ən aparıcı dövlətləri devalvasiya və infilyasiya qarşısında tab gətirə bilmədi.

Azərbaycan isə mütəşəkkil və düşünülmüş iqtisadi potensialı ilə ayaqda durmağı bacardı. Bütün dunyanın vətəndaş müharibəsi, radikal dini qurumların əli ilə qarışdığını müşahidə etdiyimiz bir dövrdə, Azərbaycanda hökm sürən sabitlik və əminamanlıq danılmazdır. Xalq sözsüz ki, bunları görür. Elə ona görə də, layiqli qərarı verdi! Xalqımızın gözü aydın olsun!"



Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 923
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter