voicepress.az

SON DƏQİQƏ

İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır

7-04-2018, 18:04

İran Naxçıvan Muxtar Respublikasına tibbi xidmətlərin ixracını təşkil etməyə hazırdır.

VOİCEPRESS.AZ
məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Nazir qeyd edib ki, bu, həmçinin iranlı həkimlərin Naxçıvan xəstəxanalarında xidmətlər göstərməsini nəzərdə tutur:

"Səhiyyə, birgə əczaçılıq müəssisələrinin yaradılması, turizm, nəqliyyat, sənaye heyvandarlığı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur".

Tərəflər arasında əməkdaşlığın cari səviyyəsindən danışan nazir bildirib ki, artıq elektrik enerjisi istehsalı və bənd tikintisi sahələrində birgə layihələr reallaşdırılır.

Qeyd edək ki, İranın xarici işlər naziri Naxçıvan Muxtar Respublikasına Azərbaycana ikigünlük səfəri zamanı gedib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 280
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter