voicepress.az

SON DƏQİQƏ

Fəzail Ağamalı bankları tənqid etdi

3-04-2018, 14:11

“Bu gün ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemdir”.
VOİCEPRESS.AZ
-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fəzail Ağamalı deyib.

Deputatın sözlərinə görə, vaxtında banklar aşağı faizlə vətəndaşlarlardan əmanəti alaraq ikiqat artıq faizlə kredit verəndə bilməli idilər ki, bu, bumeranq kimi üzlərinə qayıdacaq.

“İndi böhranlı vəziyyət yaranıb və bu dövlətin üzərinə atılıb. Əgər anlamırdılarsa, nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular?”

Deputat deyib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur.

“Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyəti nəticələri? Bununla bağlı seçicilər müraciət edir. Biz sözümüzü, deyirik nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 336
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter