voicepress.az

SON DƏQİQƏ

"Ermənistan yalnız yəhudilərə deyil, bütün millətlərə qarşı qeyri-tolerant ölkədir"

3-04-2018, 08:29

Ermənistan yalnız yəhudilərə deyil, bütün millətlərə qarşı qeyri-tolerant münasibət bəslənən bir ölkədir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanı dünyada monoetnik bir ölkə də saymaq olar. Çünki Ermənistanda ermənilərdən başqa, demək olar, heç bir millətin nümayəndəsi yaşamır:

"Orada bir qədər yezidi kürdləri qalmışdı, onları da ölkələrindən çıxardılar. Ermənistanın Rusiya ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, onlar orada hətta rusların yaşaması və fəaliyyət göstərməsinə münasib imkan yaratmırlar".

Deputat, həmçinin xatırladıb ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının aborigen əhalisi olan 250 mindən çox Azərbaycan türkünü 1988-1989-cu illərdə tamamilə deportasiya edib.

O bildirib ki, ötən il 100 ərzində ermənilər tərəfindən məhz azərbaycanlılara qarşı nə qədər soyqırımının törədildiyi bütün dünyaya məlumdur: "Yəhudilərə və digər millətlərə olan münasibətə gəldikdə, ermənilər özlərindən başqa heç bir millətə qarşı heç vaxt humanist münasibət bəsləməyiblər. Bu, əslində "erməni xəstəliyi" deyilən bir sindromun tərkib hissəsidir və milli naqislikdən doğan məsələdir. Naqisliyi olan şəxs və ya toplum həmişə sağlam topluma qısqanclıqla yanaşır və özünün "çatışmazlıq kompleksi"ndən xilas olması üçün bu kimi addımlar atır. Bu, həm də Ermənistan dövlətinin siyasətinin bir tərkib hissəsidir. Ona görə də ermənilərin yəhudilərə və digər millətlərə olan belə münasibətini təəccüblə qarşılamaq lazım deyil".

Xatırladaq ki, "Pew Research Center" Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 457
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter