voicepress.az

SON DƏQİQƏ

Hökumətin ən üst səviyyəsində ixtisar aparılacaq

21-03-2018, 09:11

Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Konstitusiyaya görə, hökumətin təşkili yeni seçiləcək prezidentin səlahiyyətlərinə aiddir.

"Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra prezident institutsional dəyişiklərə də gedəcək. Yəni təşkilatların birləşdirilməsi, paralel strukturların aradan qalırılması kimi işlər gələcəkdə genişmiqyaslı olacaq. Şübhəsiz ki, kadr dəyişiklikləri olacaq. Yuxarı səviyyələrdə islahatlar olacaq. Hesab edirəm ki, belə islahatların aparılması zəruri hala çevrilib. Yəqin ki, prezident seçkilərindən sonra müəyyən ixtisarlar gedəcək”.

Tahir Kərimli bildirib ki, hətta hökumətin ən yüksək səviyyələrində isxtisarlar gedəcək.

"Məsələn, baş nazirin müavinlərinin sayı çox görünə bilər. Bunlar hələ ki, mülahizə şəklindədir. Amma buna şübhəm yoxdur. Beynəlxalq Fitch Agenliyi də Azərbaycanda islahatların aparılmasını yüksək qiymətləndirib. Məhz islahatlar sayəsində bəzi sahələrdə irəliləyişlərə nail olmaq olur. Bank sistemində müəyyən dəyişikliklər var. Bir sıra təşkilatlar ləğv edilib. Onlara publik hüquqi şəxs statusu verilib. Hesab edirəm ki, ölkədə aparılan islahatlar daha sürətlə olacaq”.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 582
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter