voicepress.az

SON DƏQİQƏ

Azərbaycanlı politoloq Puerto-Rico mətbuatında erməniləri ifşa etdi....

25-02-2018, 14:17

Xocalı soyqrımının il dönümü ərəfəsində hər zaman olduğu kimi beynəlxalq mətbuata Azərbaycan həqiətlərini yaymaq adına VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu böyük səy göstərir və bu səy hər zaman milli idealogiyanın təbliğatı baxımından özünü doğrultmağa müvəffəq olur.

Məlum olduğu kimi, VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun milli ideyalogiya, müqəddəs məqsəd, milli maraqlara xitab edən fəaliyyət devizi altında çox saylı vətənpərvər soydaşlarımız mətbuat nümayəndələrimiz, siyasi yazarlarımız dünyanın dörd bir tərəfində olmalarına baxmayaraq birləşmişdir. Bu səbəbdən də, VOİCEPRESS.AZ bu gün digər mətbu orqanlarından fərqlənərək, tam şəffaf şəkildə, Azərbaycan lobbiçiliyinin gücləndirilməsi, milli ideyalogiyanın təbliğatı baxımından əvəzsiz xidmətlər sərgiləməkdədir.

Bu dəfə də, VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun “Azərbaycan – İspaniya, İtaliya və Latın Amerikası Media Forumu” layihəsinin rəhbəri, beynəlxalq məkanda tanınmış azərbaycanlı politoloq, qəriblikdə belə Milli İdeyalogiyanın keşiyində dayanan Əsgərimiz Mahir Qurbanovun Puerto Riko mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı yazısı dərc olunub.

Azərbaycanlı politoloqun bu günə kimi Puerto Riko mətbuatında heç kəsin əldə edə bilmədiyi uğura nail ola bilməsi İspaniyada böyük ajiataja səbəb olub. Mahir Qurbanov iki həftədən artıq müddətdə bu yöndə çalışsa da, nəhayət məqsədə çatmağa müvəffəq oldu. Beləliklə Mahir Qurbanov Azərbaycan həqiqətləri ilə bağlı yazılan siyasi təhlili Puerto Riko mətbuatına ilk dəfə dərc olunmasına nail olmağı bacardı.

Azərbaycanlı politoloq Puerto Rikonun nüfuzlu dövlət jurnallarının birində “DİALOGO UPR” (Puerto Riko Universitetinin Dialoq elmi jurnalı) jurnalında erməniləri ifşa edən, onların işğalçılıq prinsiplərini və məkirli siyasi mövqelərini açıq aydın ictimailəşdirməyə nail olub.

Məqalədə Xocalı soyqırımı ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın “Azərbaycan ermənilərin sivil əhaliyə divan tuta biləcəyimizə inanmırdı. Xocalı əməliyyatı Azərbaycanı buna inandırdı...” fikirlərinin ardından ASALA terror təşkilatının törətdiyi saysız- hesabsız qətliamlardan söz açıb.

Xocalıda qətlə yetirilən günahsız soydaşlarımızın statistik məlumatları ilə yanaşı, yurd-yuvalarından didərgin düşən həmvətənlilərimiz, qeyri insani işgəncələrə məruz qalan ana və bacılarımız, dərisi soyulan körpə uşaqlarımızdan da yazıb.

Mahir Qurbanov yazıda eyni zamanda Azərbaycanın qonşu ölkələrlə bərabərhüquqlu dostluq siyasəti yürütdüyündən bəhs edib. Azərbaycanın iqtisadi inkişafının qonşu dövlətlərə verə biləcəyi tövhələrdən ermənilərin öz məkirli siyasətlərini yürütmək səbəbindən məhrum olduqlarını dəqiqliyi ilə izah edib.

Puerto Rikonun nüfuzlu elmi jurnalı hesab edilən “DİALOGO UPR”-da ilk dəfə olaraq, geniş oxucu kütləsinə Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərini çatdırmağa müvəffəq olan Mahir Qurbanov bu addımı ilə böyük nailiyyət əldə etmiş olub.

Xatırladaq ki, Mahir Qurbanov daha öncə İspaniyanın olduqca tanınmış “Radio 2 Luces” (İspaniyanın İkinci Radiosu) radiosunda Azərbaycan həqətləri ilə bağlı çıxış etmişdi.

Qeyd edək ki, ürəyi daim Azərbaycanla döyünən Mahir Qurbanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun “Azərbaycan – İspaniya, İtaliya və Latın Amerikası Media Forumu” layihəsinin rəhbəridir. Mahir Qurbanov daha əvvəl Azərbaycan prezidenti Cənab İlham Əliyevin İspan, İtalyan dilləri üzrə tərcüməçisi olub.



http://dialogoupr.com/azerbaiyan-lucha-contra-la-ignorancia-e-intolerancia-en-la-region-euro-asiatica/



Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 19 269
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter