voicepress.az

SON DƏQİQƏ

ASRP-nin qurultaydan sonra prezidentə MÜRACİƏTİ

16-02-2018, 12:01

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Azərbaycan Sosial Rifah Partiyasının VIII qurultayının nümayəndələrinin müraciəti

MÜRACİƏT


Möhtərəm, Cənab Prezident!

15 fevral 2018-ci ildə Park İnn Otelinin “Dan ulduzu” zalında Azərbaycan Sosial Rifah Partiyasının VIII qurultayı öz işinə başlamışdır. Onu da nəzərinizə çatdırmağı qurultay nümayəndələri özlərinə borc bilirdilər ki, hələ ötən Prezident seçkiləri zamanı Partiyamızın sədri X. H. Kazımlı demişdir: “Cənab İlham Əliyev hələ Azərbaycan Neft Şirkətinin müavini olarkən ABŞ-da keçirilən konfransda Ermənistanın ABŞ-dakı səfiri qərəzli mövqe tutaraq, Cənab İlham Əliyevə sual verir ki, Siz, “Əsrin müqaviləsi”nə Ermənistanı dəvət etməməklə, Cənub bölgəsində sülhü təhlükə qarşısında qoymadınızmı? Cənab İlham Əliyev isə ona cavab verərək, aidiyyatı dövlətləri oraya dəvət etmişdik. Gəlməyənlər də olmuşdur. İndi biz müqaviləni imzalayaraq, dostluq qatarında öz işləyənlərimizlə gedirik, lakin arxadan ona çatmaq çox çətin olacaqdır”. Əlbəttə bu ölkəmizin daxili ehtiyaclarını Azərbaycanın indiki zamanda xarici bazarlarda karbohidrogen ixracatçısına çevrilməsi yönümündə həm də dünyaya bir mesaj idi”.
Bir gün əvvəl, yəni 14 fevral 2018 ci il saat 11:00 –da Partiyamızın Ali Məclisi 11 aprel 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində Sizin namizədliyiniz barədə qərar qəbul etmişdir.

Çünki Azərbaycan Sosial Rifah Partiyasının VIII qurultayında bu qərarın bütün nümayəndələr tərəfindən dəstəklənəcəyinə Partiyamızın Ali Məclisi əmin idi. Cənab Prezident, nəzərinizə çatdırırıq ki, qurultay nümayəndələri, Ali Məclisin həmin qərarını yekdilliklə və bir səslə bəyəndiklərini bəyan etdilər. Partiyanın Ali Məclisi hətta bu kimi ciddi məsələlər barə də qərarlar qəbul etməyə səlahiyyətlidir.

Möhtərən, Cənab Prezident, bu dünya ictimaiyyəti tərəfindən Sizin beynəlxalq miqyasdakı zəhmətinizin Azərbaycanın haqq səsinin eşidilməsi istiqamətindəki səyiniz xalqımıza olan sədaqətinizin bu yönümdə möhkəm iradənizin, Azərbaycanın qüdrətli dövlətə, ədalətli cəmiyyətə və varlı vətəndallar diyarına çevrilməsi istiqamətindəki cəhdlərinizin nəticəsi kimi qiymətləndirilmişdir.





ASRP-nin mətbuat katibliyi
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 494
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter