voicepress.az

SON DƏQİQƏ

Millət vəkili akdemik Arif Paşayevin doğum gününü təbrik etdi

15-02-2018, 13:24

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı akdemik Arif Paşayevin doğum gününü təbrik edib.

Onun sözlərinə görə, 15 fevral tarixi görkəmli alimi, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin 84 yaşının tamam olduğu gündür:

“Arif Paşayev Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri xalq şairi Səməd Vurğun, xalq yazıçısı Mirzə İbrahimov, akademik Həmid Araslı, professor Cəfər Xəndan, Sabit Rəhman, Mehdi Hüseynlə yanaşı, o dövrün musiqiçiləri, ad-san qazanmış bəstəkarları və dramaturqlarının olduğu mühitdən bəhrələnən alimlərimizdəndir. Qeyd etdiyim ədəbi-mədəni və elmi mühitin zənginliyi Azərbaycanın ənənəvi ədəbi məclislərindən geri qalmırdı, çünki həmin ədəbi mühitin banisi Arif bəyin atası çox hörmətli və ziyalı insan Mir Cəlal Paşayev idi. Bütün bunlar təbii ki, Arif Paşayevin dünya görüşünün formalaşmasında əvəzsiz rol oynamışdır.

Arif Paşayevin Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq, yüksək həssaslığa malik qurğu yaratması, bu qurğuda Qann effektinin tədqiq olunmasına nail olması olduqca qürurverici bir ixtiradır. Bu ixtiranın müəllifinin məhz azərbaycanlımız olması sevindirici haldır.
Arif Paşayev zəmanəmizin yaşayıb yaradan, daim yeni kəşf və ixtiralarla hər bir azərbaycanlını qürurlandıran ziyalımızdır. Arif Paşayevin elmi ixtiraları Azərbaycanın elm sahəsindəki qiymətsiz və əvəzolunmaz varlığıdır. Arif Paşayev real Nobel mükafatına layiq olan Azərbaycanlı alimimizdir!

Fürsətdən istifadə edib, çox hörmətli Arif Paşayevi doğum günü münasibəti ilə Azərbaycan Sosial Rifah Partiyasının geniş tərkibli kollektivi adından təbrik edirəm!”







İlahə Bakıxanova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 849
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter