voicepress.az

SON DƏQİQƏ

Azərbaycan Sosial Rifah Partiyasının qurultayı baş tutdu

15-02-2018, 12:23

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu gün, 15 fevral 2018 ci il tarixində Azərbaycan Sosial Rifah Partiyasının qurultayı baş tutdu. Qurultayda partiyanın bu günə kimi gördüyü işlər haqqında bilgi verildi.

Daha sonra Partiyanın Ali Məclisinin üzvləri müzakirəyə qoyuldu və üzvlər fərdi şəkildə müzakirəyə qoyularaq, təsdiq edildi.

Qurultayda geniş tərkibli ASRP-nin böyük bir qismi iştirak edirdi. Qurultaya təşrif buyuran qonaqlar sırasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev və Vəhdət Partiyasının sədri Tahir Kərimli də, iştirak edirdi.

Partiyanın rayon təşkilatlarının sədrlərinin də iştirak etdiyi qurultayda partiya sədri Xanhüseyn Kazımlının partiya adına bu illər ərzində bölgələrdə gördüyü işlər, cəbhə bölgələrinə səfərləri, şəhid ailələrinin xeyir və şər işlərində birmənalı olaraq iştirakından, Erməni təcavüzü nəticəsində ilk dəfə olaraq ölkəmizə dəyən ziyanın hesablanması baxımından böyük xidmətlərindən bəhs edildi.

Qurultayda millət vəkili Xanhüseyn Kazımlı yekdilliklə partiya sədri seçildi.

Tədbir qurultaya təşri buyuran qonaqların təbrik və ürək sözləri ilə davam etdirildi.

Qeyd edək ki, 14 fevral 2018 ci il tarixində Azərbaycan Sosial Rifah Partiyasının Ali Məclisinin xüsusi iclası çağırılmış və qarşıdan gələn prezident seçkilərində “Yeni Azərbaycan Partiyası”nın namizədi, indiki Respublika Prezidenti Cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini elan edilmişdir.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 242
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter