voicepress.az

SON DƏQİQƏ

Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edir"

15-02-2018, 19:24

Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var.

VOİCEPRESS.AZ
-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir. Ümid var ki, bu münaqişə həllini tapacaq. Biz bu məsələyə diqqət ayırırıq. Ən başlıcası isə, tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 456
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter