voicepress.az

SON DƏQİQƏ

Həmyerlimiz İspaniya radiosunda Dağlıq Qarabağ haqqında danışdı...

10-02-2018, 07:46


VOİCEPRESS-in verdiyi xəbərə görə, həmyerlimiz, tanınmış azərbaycanlı politoloq Mahir Qurbanov ötən gün İspaniyanın məşhur radiosu, "Radio 2 Luces" radiosuna "Dağlıq Qarabağ Respublikası mövcuddurmu?" sualına şərh edərkən, Azərbaycan həqiqətlərini sözü gedən radionun əhatə etdiyi geniş dinləyici auditoriyasına çatdırmağa müvəffəq olub.

Əldə edilən məlumata görə, yüksək ispan dili bilik səviyyəsinə malik olan azərbaycanlı politoloqun səs tonundan belə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və bu günə qədər həmin torpaqların erməni işğalı altında olması həqiqətini öyrənən böyük İspan əhli, bu durumdan bixəbər olduqlarını zaman-zaman bildirməyə başlayıblar.

Cəsarətli azərbaycanlımızın təşviş və həyəcan dolu həmin şərhini oxucuların diqqətinə çatdırırıq: "Qondarma Dagliq Qarabağ Respublikasi mövcud deyil ve bu əzəli Azərbaycan torpaqlarıdır. Hər zaman da, Azərbaycan torpaqları olacaq!"

Poqram əsnasında BMT-nin qəbul etdiyi amma ermənilər tərəfindən bu günə kimi icra edilməyən qətnamələrdən də, söz açan Mahir Qurbanov Azərbaycanın hər şeyə rəğmən torpaqlarını diplomatik yolla geri qaytarmağın tərəfdarı olduğunu da, vurğulayıb: " Lakin dövlətimiz ya diplomatik, ya da hərb yolu ilə işğal altında olan torpaqlarını geri qaytaracaqdır. Qarbaçov siyasətindən istifadə edərək, Sovetlər Birliyinin dağılmasından sonra ermənilər bizə qarşı etnik temizləmə siyasətini açıq-aşkar aparmağa başladılar. Bu gün də, 20% torpaqlarimız hələ də ermənilərin tapdağı altındadır".

Xatırladaq ki, İspaniyada nüfuzlu və yetəri qədər əhatə dairəsi olan "Radio 2 Luces" radiosuna artıq ikinci dəfədir açıqlama verərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa müvəffəq olan Mahir Qurbanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun "Azərbaycan İspaniya və Latın Amerikası Media Forumu"nun sədridir.






Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 7 257
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter