voicepress.az

SON DƏQİQƏ

Eldar İbrahimov YAP-ın qurultayından DANIŞDI: “Növbədənkənar seçkilərə hazırıq”

8-02-2018, 13:40

“Bu gün Yeni Azərbaycan Partiyasının VI qurultayı çox möhtəşəm keçdi. Hətta budəfki qurultay məhtəşəmliyinə görə digərlərindən fərqlənirdi. YAP-ın İcra Katibliyi qurultayı çox yüksək səviyyədə təşkil etmişdi”.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov təmsil etdiyi partiyanınn bugünkü qurultayı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Komitə sədri bildirib ki, qurultayda çıxış edən şəxslərin hər biri İlham Əliyevin növbədənkənar prezident seçkilərinə yenidən namizəd olmasını təklif edib:

“Bu, bir daha onu göstərir ki, Azərbaycanda dövlət-vətəndaş prezident-xalq həmrəyliyi var. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan müstəqil siyasət Azərbaycanın milli maraqlarına, ölkənin hərtərəfli və sürətli inkişafına xidmət edir. Qurultayda cənab prezident İlham Əliyevin namizədliyi səsveməyə çıxarıldı və yekdilliklə qəbul olundu. İnşallah, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə də hazırıq. Bizim partiya elə bir partiyadır ki, hər zaman seçkiyə hazırdır”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 150
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter