voicepress.az

SON DƏQİQƏ

Elxan Şahinoğludan Tehrana mesaj...

6-02-2018, 23:59

"Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir, çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb"

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, İran prezidenti Həsən Ruhani bu gün yerli və xarici media üçün mətbuat konfransı keçirib. Iran prezidenti hər şeydən danışıb, Amerikanın bostanına daş atıb, Türkiyənin Afrin əməliyyatını tənqid edib və sonda gəlib çıxıb İsrailə və belə deyib: “Bölgədə kimsə düşünürsə ki, İsrail İranın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir”. Bu dəfə bizim də bostanımıza daş atıb.

Demək Həsən Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə dövlətlərindən - Rusiya və Ermənistan xristian dövlətləri olduğundan İsraillə əməkdaşlıqlarına göz yuma bilərlər, bölgənin müsəlman dövləti Azərbaycana isə İsraillə dostluq qadağandır! Həsən Ruhanini sözlərini biz də belə dəyişək: “Bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir, çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb”. Bu da bizdən Tehrana mesaj olsun…

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 153
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter