voicepress.az

SON DƏQİQƏ

Maksim Şevçenko: "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır"

6-02-2018, 21:51

Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır.

VOİCEPRESS.AZ
xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri Rusiyanın məhşur jurnalisti və ictimai-siyasi xadim Maksim Şevçenko bildirib. O, Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı sualı cavablandırarkən belə deyib.

Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, 2008-2012-ci illərdə Rusiya İctimai Palatasının üzvü olmuş Şevcenko öz ölkəsində böyük nüfuza sahibdir. Rusiya kimi böyük bir dövlətdə kifayət qədər söz haqqı olan Şevçenko Ermənistanı düşmən dövlət adlandırıb. Bu fakt bir daha Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının günü-gündən artdığını sübuta yetirir. Nəticədə isə ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir.

Jurnalist, həmçinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə baglı qənaətini bölüşüb.

Məhşur jurnalist Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və heç bir fərziyyənin bu faktı dəyişə bilməyəcəyini vurğulayıb.

Rusiyanın ictimai-siyasi xadimi Dağlıq Qarabağın Azərbaycanın tarixi torpagı olması faktını birmənalı şəkildə ifadə etməklə və Ermənistanı düşmən dövlət kimi göstərməklə işgalçı ölkənin əsl mahiyyətini açib ortaya qoyur.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 687
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter