voicepress.az

SON DƏQİQƏ

Nazarbayev Oqtay Əsədovu təltif etdi

2-02-2018, 14:01

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib.

Milli Məclisin mətbuat xidmətindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, O.Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə bu ordenlə təltif olunub.

Orden fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Bakıya növbəti səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan N.Niqmatulin bu səfərin iki ölkənin münasibətlərini daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Nazarbayev Oqtay Əsədovu təltif etdi

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 250
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter