voicepress.az

SON DƏQİQƏ

Deputat: "“Təhsil haqqında” qanun çərçivə qanunudur"

1-02-2018, 14:45

“Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır”.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur:

“Biz vaxtilə “Təhsil haqqında” qanunu qəbul edəndə Azərbaycanda bir sıra islahatlara ehtiyac var idi. Bu islahatların böyük hissəsi həyata keçirildi və hazırda da davam edir. Ancaq hələlik təhsildə ciddi irəliləyişə nail olmamışıq. Aparılan islahatlar fonunda yeni peşə təhsili sisteminin qurulması vacibdir. SSRİ dövründə olan peşə təhsil sistemi keyfiyyətli idi. İndi biz məcburuq ki, bu sistemi yenidən quraq. Peşə təhsilində təcrübə vacibdir. Peşə təhlisi ilə məşğul olan müəssisənin istehsalatla əməkdaşlığı olmalıdır”.

Vahid Əhmədov qeyd edib ki, qanunda dövlətin üzərinə daha çox yük qoyulub: “Məncə, bu yükün müəyyən hissəsi bələdiyyələrə və özəl sektora verilməlidir”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 730
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter