voicepress.az

SON DƏQİQƏ

Millət vəkili: “Qarabağ məsələsində Ermənistan arabanın 5-ci təkəridir”

24-01-2018, 16:45

"Mən Ermənistanın yeni seçiləcək prezidentindən də sağlam təfəkkürə əsaslanan addımlar gözləmirəm".

Bu sözləri VOİCEPRESS.AZ-a açıqlamasında millət vəkili Rafael Cəbrayılov deyib. Millət vəkili qeyd edib ki, növbəti prezident seçkilərində Ermənistan prezidenti postuna kimin seçilməsindən asılı olmayaraq Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi dəyişməyəcək: "Mən Ermənistanın yeni seçiləcək prezidentindən də sağlam təfəkkürə əsaslanan addımlar gözləmirəm. Çünki, Ermənistan süveren dövlət hesab olunsa da faktiki olaraq Ermənistan vassal dövlətdir və Rusiyanın “for-post”udur. Nəinki, Dağlıq Qarabağla bağlı məsələlərdə, digər strateji məsələlərdə də Ermənistanın xarici siyasəti Rusiyanın diktəsi ilə müəyyən olunur. Bunu başqa cür təsəvvür etmək də mümkün deyil. Çünki, Rusiya Ermənistanın mövcudluğunun qarantıdır. Ermənistan dövlət kimi Rusiya tərəfindən yaradılanda da məhz bu məqsədlə yaradılıb və Rusiya da onu “təyinatı" üzrə istifadə edir”.

Millət vəkili bildirib ki, Qarabağ məsələsində Ermənistan arabanın 5-ci təkəridir:


"Keçən əsrin 90-cı illərində L.Ter-Petrosyan Ermənistan prezidenti olanda obyektiv reallığa uyğun mövqe sərgiləmək istəyəndə buna imkan verilməmişdi. Bu baxımdan, Ermənistan Prezidentinin kim olmasından asılı olmayaraq Dağlıq Qarabağla bağlı ciddi irəliləyişlərin olacağına inanmıram. Qarabağ məsələsində Ermənistan arabanın 5-ci təkəridir. Bu problemin yaradılması və davam etdirilməsi ilə bağlı səbəblərdə dəyişiklik olmalıdır. Dünyada qüvvələr balansı, qüvvələrin qütbləşməsində və geosiyasi maraqların xarakterində dəyişikliklər baş verməlidir. Dünyada gedən proseslər nikbin fikir söyləməyə əsas verir".

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 909
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter