voicepress.az

SON DƏQİQƏ

İğtişaşlardan sonrakı İranla münasibətlərdən gözləntilər

22-01-2018, 08:53

Novruz bayramından sonra, martın 29-da İran prezidenti Həsən Ruhani Azərbaycanın paytaxtı Bakıya rəsmi səfərə gələcək. Deyilənə görə, İran prezidentinin səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı geniş müzakirələr aparılacaq.

VOİCEPRESS.AZ
milli.az-a istinadən xəbər verir ki, "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, məsələlər təkcə bununla bitməyəcək.

Onun sözlərinə görə, Həsən Ruhani prezident seçildikdən sonra İranla Azərbaycan arasında çox yaxşı münasibətlər yaranıb və bu münasibətlərin təkcə iqtisadi yox, həm siyasi, həm də hərbi tərəfləri var:

"Bu yaxınlarda Istanbulda Qüdslə bağlı konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, özünü müsəlman hesab edən heç bir dövlət Ermənistanla münasibət saxlamamalıdır. Dövlət başçısı demişdi ki, dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. İran elə bir dövlətdir ki, Ermənistanla hansısa səviyyədə əlaqə saxlayır. Əlbəttə, qonşusudur, əlaqə saxlamamaq da mümkün deyil. Lakin son dövrlər İranın Azərbaycana münasibətində müəyyən müsbət dəyişiklər müşahidə edilir. Məsələn, İranda əvvəllər antiAzərbaycan qüvvələr tez-tez üzə çıxıb bəyanatlar verərdilər. Amma indi biz bunu o qədər də sezmirik, belə faktlar son zamanlar xeyli azalıb.

Digər tərəfdən, hərbi və hərbi-siyasi baxımdan İran ətrafında cərəyan edən proseslər onun ətrafında vəziyyətin heç də yaxşı olmadığını göstərir. Belə ki, İran bir tərəfdən şərqdən Əfqanıstan, qərbdən isə İraq kimi silahlı münaqişələrin olduğu ölkələrlə qonşudur, digər tərəfdən ərəb dövlətlərinin əksəriyyəti ilə münasibətləri çox pisdir. Yeganə sülh zonası şimaldadır. Lakin burada Türkiyə ilə münasibətlər istənilən səviyyədə deyil. Ermənistan İran üçün o qədər cəlbedici hesab olunmur. Güclü və inkşaf etməkdə olan Azərbaycanla isə siyasi baxımdan istilik münasibətlərdə ilbəil artır, iqtisadi əlaqələr getdikcə genişlənir. Artıq Xəzər dənizində birgə hərbi təlimlər keçirilir. Təbii ki, iqtisadi məsələlər, xüsusən nəqliyyat dəhlizi ilə yüşdaşımaları öndə gedir. Bu günlərdə İran rəsmiləri bəyan etdilər ki, Hindistan öz mallarını İran və Azərbaycan üzərindən keçməklə Avropaya daşıya bilər. Bilirik ki, Hindistan və Çin son illər çox sürətlə inkişaf edirlər və böyük yük potensilına malikdirlər. Ona görə də Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də Bakı-Qars dəmir yolu İran üçün də çox maraqlıdır. İran prezidenti Həsən Ruhaninin isə Bakıya növbəti səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə təkan olacaq. Güman edirəm ki, Ruhaninin Bakı səfəri gələcəkdə hər iki ölkə üçün həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müsbət nəticələr verəcək".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 634
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter