voicepress.az

SON DƏQİQƏ

Rafael Cəbrayılov: “Osmanlının nəvələrini müharibə ilə qorxutmaq olmaz”

22-01-2018, 09:22

"Separatist-terror təşkilatları, habelə onları maliyyələşdirərək silahlandıranlar unudublar ki, Osmanlının nəvələrini müharibə ilə qorxutmaq olmaz"

Bu sözləri VOİCEPRESS.AZ-a açıqlamasında Rafael Cəbrayılov qardaş Türkiyənin Afrində "Zeytin dalı" hərəkatına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, beynəlxalq aləmdə hər hansı bir dövlətə qarşı digər dövlətin təzyiqi siyasi, iqtisadi, hərbi və sair xarakterli olub bilavasitə həyata keçirilməklə yanaşı, digər xarakterli olmaqla dolayısı ilə də həyata keçirilə bilir: "Bu zaman bütün bəşəriyyətin əleyhinə yönəlmiş qəddar terrorçu təşkilatların maliyyələşdirilərək silahlandırılmasınadək iyrənc və təhlükəli üsullardan da istifadə edilir. Son onilliklərdə isə bu üsuldan daha cox istifadə edilir. Belə bir təşkilatların və onların hədəflərinin İslam dünyasında yaradılması geosiyasi maraqlardan tutmuş dini təəssübkeşliyə qədər çeşidli səbəblərlə izah olunur".

Millət vəkili bu məsələdə Türkiyə cəmiyyətinin monolit biriliyini, iqtidar-muxalifət həmrəyliyini xüsusilə vurğulayıb:

"İslam və Türk dünyasının lider dövləti kimi Türkiyənin son illər hədəfə alınması heç kimdə şübhə doğurmur və bu hal aydın şəkildə özünü göstərir. PKK və digər separatist-terrorçu təşkilatların uzun illər maliyyələşdirilməklə silahlandırılması da bu qəbildəndir. Əvvəllər gizli fəaliyyət göstərən, lakin son illər süveren dövlətə meydan oxuyacaq qədər həyasızlaşan separatist-terrorçu təşkilatlar geosiyasi maraqların qorxulu alətinə çevrilməklə süveren dövlətlər üçün ciddi problemlər yaradıblar. Türkiyə hərbi birləşmələrinin Suriyanın Afrin bölgəsinə daxil olaraq döyüşlərə başlaması yuxarıda qeyd etdiyim səbəblərdən irəli gəlir. Bu məsələdə Türkiyə cəmiyyətinin monolit biriliyini, iqtidar-muxalifət həmrəyliyini, hərbi əməliyyatın yüksək peşəkarlıqla hazırlanmasını, türk əsgərinin döyüş əzmini xüsusilə vurqulamaq istərdim. Bu separatist-terror təşkilatları, habelə onları maliyyələşdirərək silahlandıranlar unudublar ki, Osmanlının nəvələrini müharibə ilə qorxutmaq olmaz".

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 492
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter