voicepress.az

SON DƏQİQƏ

Millət vəkili Xanhüseyn Kazımlı Macarıstanın Azərbaycandakı səfirini qəbul edib...

9-01-2018, 15:49

VOİCEPRESS-in verdiyi xəbərə görə, ötən gün Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Sosial Rifah Partiyasının sədri, professor Xanhüseyn Kazımlı Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, cənab Viktor Szederkenini və səfirin ikinci katibi cənab Zoltan Timarı Milli Məclisdə qəbul edib.

Görüşdə millət vəkili Azərbaycan ilə Macarıstan parlamentləri arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu dvurğuladı: "Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən millət vəkili, parlamentlərarası doqluq qrupunun qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğuladı. Cənab Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini də, qeyd edən millət vəkili, qeyd etdi. Macarıstanın Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biri olduğunu bildirdi".

Cənab səfir Viktor Szederkeni isə öz növbəsində Azərbaycan Macarıstan parlamentlərarası dostluq qrupunun görüşlərinin intensivliyindən söhbət açaraq, bu durumun hər iki ölkə üçün olduqca mühüm olmasını diqqətə çatdırdı: " Bu görüşlər daha sıx keçirilməlidir. Azərbaycan bizim üçün mühüm ölkələrdən biridir. Biz bu cür ölkələrlə əməkdaşlığa olduqca önəm veririk. Mən inanıram ki, tezliklə Azərbaycan Dağlıq Qarabağ məsələsini həll edilməsinə müvəffəq olacaq. Bu yaxınlarda Tərtər istiqamətində cəbhə xəttində oldum. Bu il Azərbaycanın bütün bölgələrini gəzməyi planlaşdırıram. Azərbaycan çox maraqlı ölkədir. Olduqca gözəl coğafi məkanda yerləşməsi və düşünülmüş siyasi kursla sabit şəkildə idarə olunması hər kəs də maraq oyadır".

Daha sonra millət vəkili Xanhüseyn Kazımlı ilə bərabər cənab səfir Milli Məclisin binasını gəzdilər. Parlament binasının olduqca zövqlə, milli arnamentlərlə və eyni zamanda müasir üsulla inşasına valeh olduqlarını bildirən macarıstan səfiri Milli Məclisin binasında ilk dəfə olduğunu da, etiraf etdi.

Millət vəkili Macarıstanın bəzi dövlət və qeyri-dövlət rəsmiləri ilə də görüşlər keçirməyi planlaşdırdığını da vurğulayıb. Görüş çay süfrəsi ətrafında parlamentlərarası idman klubunun yaradılmasının gərəkməsi ilə bağlı müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, görüş çərçivəsində Macarıstan səfiri cənab Viktor Szederkeni millət vəkili Xanhüseyn Kazımlının 75 illiyi ilə əlaqədar Macarıstanın parlament sədrinin imzası ilə təbrik məktubunu da, çatdıraraq, mövcud parlamentlərarası dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirdi.








Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 112
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter