voicepress.az

SON DƏQİQƏ

Silahlı Qüvvələrlə bağlı yeni sənəd qəbul olundu

29-12-2017, 13:13

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 16-cı maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv edilir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 874
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter