voicepress.az

SON DƏQİQƏ

Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin Bakı görüşü - Nələr müzakirə ediləcək?

19-12-2017, 12:10

Azərbaycan - İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan XİN-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, sabah, dekabrın 20-də Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan - İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdə konkret hansı məsələlərin müzakirə olunacağı bildirilməsə də, görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isənazirlərin görüşdə regional məsələləri müzakirə edəcəkləri, onun regionda sülhün və sabitliyin təmin olunması prosesinə böyük töhfə verəcəyi bildirilir. Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşlər də keçiriləcək.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 511
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter