voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: "Beynəlxalq informasiya mübadiləsi bizim üçün vərdişə və adətə çevrilməlidir"

17-12-2017, 14:11

"Növbəti ili "Beynəlxalq informasiya mübadiləsi" ili adlandırmaq gərəkir!" Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosiyal Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı ötən gün parlamentdə bir çox millət vəkillərinin jurnalistləri hər bir nöqsanı yazmalarına dair çağırışlar etmələri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün jurnalistlər daha çox xarici mətbuatda yayımlanmağa üstünlük verməlidir: "Buna həqiqətən ehtiyac var. Beynəlxalq informasiya müharibəsi arenasında Azərbaycan mətbuatının söz sahibi ola bilməsi üçün çalışmaq lazımdır. Biz Azərbaycan həqiqətləri ilə bağlı nə qədər özümüz deyib, özümüz eşidəcəyik? Daxildə nöqsanımızı deyən də, tərif oxuyan jurnalistlərimiz də, həddindən ziyadə çoxdur. Amma barmaqla sayılacaq qədər xarici mətbuatda imzası tanınan jurnalistlərimiz var. Bu yöndə böyük ixtisaslaşmaya ehtiyac var. Bu gün Beynəlxalq İnformasiya Mübadiləsi modelinin daha geniş formada tətbiq edilməsinə ehtiyac var. Bunun üçün kurslar təşkil olunmalı, xarici mətbuatın qəbul etdiyi formada Azərbaycan həqiqətlərini dünya miqyasında yayımlamaq üçün bir düstur düşünülməlidir. Gərəkərsə bu məsələni Parlamentdə müzakirəyə belə çıxarmaq lazımdır. Çünki qeyd etdiyim tendensiya bizim virtual mətbu-cəbhə formulasını tədbiq etməklə, müharibə şəraitində yaşayan bir dövlətə uyğun şəkildə daha mödern mübarizə üsuludur".





Ü.Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 823
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter