voicepress.az

SON DƏQİQƏ

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR

15-12-2017, 13:15

Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib.



VOİCEPRESS.AZ
-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində uzun sürən müzakirələrdən və deputatların etirazından sonra Seçki Məcəlləsinin 175-ci maddənin 3-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyası rəsmi məlumat verərək,Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Daha sonra isə MSK-da deputatın mandatdan məhrum edilib-edilməyəcəyi müzakirə olunacaq və bu barədə qərar qəbul ediləcək.



Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə ediləcək..

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 436
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter