voicepress.az

SON DƏQİQƏ

Ulu Öndər Heydər Əliyevə həsr edilmiş möhtəşəm portretin təqdimatı keçirildi

12-12-2017, 15:55

VOİCEPRESS-in verdiyi xəbərə görə, millət vəkili Xanhüseyn Kazımlı və Azərbaycan Sosial Rifah Partiyası olaraq, 12 dekabr tarixində Ümumilli lider, Azərbaycan adı ilə ismi qoşa çəkilən vətənpərvər şəxsiyyət Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilən "Böyük ideyanın davamı" adlı tədbir keçirildi.

Tədbirdə Heydər Əliyevçi fəallar, Heydər Əliyevlə bağlı qiymətli xatirələri olan iş adamları, millət vəkilləri, professorlar, tarixçilər, Türkiyənin Azərbaycandakı səfirliyinin və Heydər Əliyev məktəbinin öyrənciləri olan gənclər iştirak edirdi. Onlar arasında İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, millət vəkili Flora Qasımova, əməkdar artist Suğra Bağırzadə, tanınmış rəssam, Heydər Əliyev portretinin müəllifi Günay Mehdizadə, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi, Heydər Əliyevin zamanında güvəndiyi insanlardan biri olan, dəyərli ziyalımız Əsədulla Qurbanov və başqaları da var idi.

Tədbiri giriş sözü ilə açan millət vəkili Xanhüseyn Kazımlı ilk əvvəl ümumilli liderin xatirəsini tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilməsi üçün ayağa qalxmasını rica etdi. Ulu Öndərin xatirəsi yad edildikdən dərhal sonra tanınmış rəssam Günay Mehdizadənin böyük ustalıqla yaratdığı "Heydər Əliyev" portreti və millət vəkili Xanhüseyn Kazımlının bu günlərə kimi mövcud, düşünülmüş davamlı siyasəti əhatə edən "Böyük siyasətin davamı" adlı yeddi cildlik kitabı geniş ictimaiyyətə təqdim edildi.

Hər kəs tərəfindən alqışla qarşılanan portret və yeddi cildlik kitabın neçə-neçə yuxusuz gecələrin bəhrəsi olduğu vurğulandı. Tədbir daha sonra qonaqların çıxışları ilə davam etdirildi.












Ü. Musazadə


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 044
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter