voicepress.az

SON DƏQİQƏ

Samir Kazımlı: "Vaxt gələcək dünya praktikasında Heydər Əliyevin “Düşünülmüş Siyasi Kurs”u diplomatiya məktəbi kimi öyrəniləcək və tədris ediləcək..."

12-12-2017, 07:11

"Bu gün hər birimiz üçün böyük önəm kəsb edən gündür". VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu Azərbaycan Sosial Rifah Partiyasının sədr müavini, iqtisadçı-ekspert Samir Kazımlı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş "Böyük ideyanın davamı" adlı keçirilən tədbirində çıxış edərkən deyib.

Öz nitqində o bildirib ki, ismini çəkdikdə Azərbaycanı dünyanın ən ucqar yerlərində tanıtmaq gücünə malik bir şəxsiyyətin, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anım günüdür: "Heydər Əliyev - ölməz şəxsiyyətdir deyənlər yorulmurlar. Onun ölməzliyini biz bu gün çiçəklənən Azərbaycanın timsalında hər an görürük. Heydər Əliyevin bir dövlətin müstəqilliyi, azadlığı, vahidliyi, firavanlığı, dirçəlişi, həmrəyliyi uğrunda gördüyü işlər danılmazdır. Heydər Əliyev bir sıra xalqların tolerant və həmrəy şəkildə mobilizasiyasının əsasını qoyan çox müdrük liderdir. Heydər Əliyevin tətbiq etdiyi dövlətçilik proqramı, iqtisadi inkişaf proqramı bu gün bir sıra dövlətlər tərəfindən öyrənilir. Çünki Heydər Əliyev siyasəti olduqca zəngin bir məktəbdir.

Hər bir maddiyyatın və mənəviyyatın səviyyəsi onun dəyəri ilə ölçülür. Bu heç bir sübuta və dəlilə ehtiyacı olmayan aksiomadır. Ona görə də, dünənin dəyərini bilməyənlərin sabaha necə gedəcəkləri bir qədər çətinləşir. Bu da həqiqətdir ki, düzgün dəyər verənlər olmasa, dünyada heç nəyin dəyəri olmaz. Azərbaycan xalqı bu mənada Heydər Əliyevin qədrini bilir və onu illər keçsə də unudan deyil. Lakin çox təəssüflər olsun ki, beynəlxalq siyasətdə mövcud ikili standartlar Azərbaycanın haqq səsinin duyulmasına imkan vermir. Artıq 25 ildən artıqdır ki, Qarabağ torpaqları işğal altındadır. Hələ ermənilərin öz havadarları ilə ondan əvvəlki yüzilliklərdə işğalçılıq siyasəti yeritdiklərini demirəm. Lakin böyük fransız mütəfəkkiri Viktor Hüqo deyir ki, “Dünyanın ən qüdrətli ordusu da böyük ideyanın qarşısında duruş gətirə bilməz”. Bu böyük ideya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin uğurları ilə öz təsdiqini tapmışdır. Onun İlham Əliyev və Mehriban xanım Əliyeva kimi davamçıları var. Onlar tərəfindən beynəlxalq səviyyəli böyük siyasətin və daxili quruculuq işlərinin davam etdirilməsi göz qabağındadır".

Samir Kazımlı eyni zamanda Ulu Öndər Heydər Əliyevin davamçıları hesab edilən İlham Əliyev və Mehriban Əliyeva haqqında da söz deməyi unutmayıb: "Bu gün Ulu Öndərimizin böyük ideyasının davamını biz İlham Əliyev cənablarının apardığı bərabərhüquqlu və müstəqil iqtisadi inkişafda da müşahidə edirik. Mən iqtisadçı olduğum üçün ən çox dövlətin iqtisadi inkişaf potensialını qeyd edə bilərəm, lakin xüsusi ilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev irsi, hərtərəfli inkişaf tendensiyasına dayanaraq, sürətlə yayılmaqda və inkişaf etməkdədir. Mehriban xanım Əliyevanın mədəniyyət və idman sahəsində gördüyü misilsiz işlər, dövlətlərarası əlaqələrin inkişafına verdiyi təqdirəlayiq xidmətlər heç bir sözlə ifadə olunmayacaq qədər geniş miqyaslı fəaliyyət proqramını təşkil edir.

Vaxt gələcək dünya praktikasında Heydər Əliyevin Azərbaycanda əsasını qoyduğu böyük siyasətin davamı olan “Düşünülmüş Siyasi Kurs” diplomatiya məktəbi kimi öyrəniləcək və tədris ediləcək...

Heydər Əliyev haqqında hər kəsin söz sahibi olduğunu nəzərə alaraq, bir cümlə ilə fikrimi tamamlamaq istəyirəm.
Mən Heydər Əliyev fəaliyyətini duyduqca, Onun gördüyü işlərdən danışdıqca bir mənalı olaraq deyə bilərəm ki, "Mən fəxr edirəm ki, azərbaycanlıyam! Fəxr edirəm ki, Heydər Əliyev məhz Azərbaycan lideri olub!"Allah ona rəhmət eləsin!"







Ü. Musazadə

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 592
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter