voicepress.az

SON DƏQİQƏ

Məmmədyarovla Nalbandyanın görüşü başlayıb

6-12-2017, 22:05

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev bildiib ki, ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Vyanada görüş keçirir: "Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir".

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 999
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter