voicepress.az

SON DƏQİQƏ

Nazir: “Əlillərlər bağlı yeni qanun layihəsi hazırlanıb”

1-12-2017, 11:25

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernis, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən S.Müslümov ölkəmizdə əlilliyin qarşısının alınmasının, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının, onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Nazir hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsində əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin, dövlət təminatlarının, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, onların məşğulluğu və s. kimi məsələlərin əhatə olunduğunu diqqətə çatdırıb: “Həmin qanun layihəsinə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin təcrübəsində ilk dəfə olaraq münasibət bildirilib və bu təcrübə digər ölkələrə də tövsiyə olunub. Hazırda qanun layihəsinin üzərində son araşdırmalar aparılır”.

S.Müslümov vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi işlərində əlil ictimai təşkilatlarının da yaxından iştirakına şərait yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihəsinin hazırlanmasında və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında fəaliyyət göstərən İctimai şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, onlardan 7-si əlil ictimai birlikləridir.

Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunun milli qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması da daim diqqətdə saxlanılır. S.Müslümov deyib ki, bu ilin 10 ayında 400 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub, 70 nəfər əliliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib. Özünüməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir. Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri Mərkəzdə 1285 nəfər bu təbəqədən olan gənc yeni peşələrə yiyələnib”.

Ölkədə pensiya ilə təmin olunanların 29 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizini əlilliyi olan şəxslərin təşkil etdiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, aylıq sosial müavinət ödənilənlərin də 60,8 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət də verilir. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillərdir. Həmçinin indiyədək 5,9 min nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.

Konfransda çıxış edən H.Rəcəbli əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi yönündə aparılan işlərdən bəhs edib, həmin şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının daim artırıldığını diqqətə çatdırıb.
E.Karvardin və Z.Hernis BMT-nin müvafiq Konvensiyasından irəli gələn yanaşmaların milli qanunvericilikdə tətbiqi ilə bağlı Azərbaycanda görülən tədbirləri yüksək dəyərləndiriblər.

Daha sonra konfrans əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun moderatorluğu ilə işçi sessiya formatında davam edi

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 026
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter