voicepress.az

SON DƏQİQƏ

Zahid Oruc: “Qarabağ əlillərindən biri Səlim Müslümovun müavini təyin edilsin”

23-11-2017, 14:13

Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib.

VOİCEPRESS.AZ-ın məlumatına görə, deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır.

“Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 6 841
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter