voicepress.az

SON DƏQİQƏ

"YAP-da hesabat-seçki konfransları yekunlaşmaq üzrədir"

25-10-2017, 17:36

"Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının hesabat-seçki konfransları yekunlaşmaq üzrədir".

Milli.Az xəbər verir ki, bunu VOİCEPRESS-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 74 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları artıq başa çatıb: "10 təşkilatda konfranslar hələ keçirilməyib. Noyabr ayının 15-ə qədər bu təşkilatlarda da konfranslar keçiriləcək və hazırda bu istiqamətdə işlər davam edir".

YAP icra katibinin müavini bildirib ki, konfranslar nəticəsində bir sıra rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: "Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunanlar var və s. Konfranslar tam başa çatdıqdan sonra nə qədər təşkilat sədrinin dəyişdirildiyi dəqiq məlum olacaq".

S.Novruzov bildirib ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar: "Konfranslar başa çatdıqdan sonra dekabr ayında son yekunlaşdırma işləri aparılacaq və növbəti ildən bilavasitə seçkilərə hazırlaşacağıq. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 218
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter