voicepress.az

SON DƏQİQƏ

Jirinovski: Türkiyə, İran və Azərbaycan kimi ölkələr…

21-10-2017, 07:26


Azərbaycan, Rusiya və İran prezidentlərinin istənilən görüşünü alqışlayıram. Ümid edirəm ki, üçtərəfli görüşlər əməkdaşlığın gücləndirilməsinə və yeni qarşılıqlı faydalı razılaşmalara gətirib çıxaracaq.

VOİCEPRESS xəbər verir ki, bunu report-a Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycan, Rusiya və İran prezidentlərinin noybarın 1-də Tehranda keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropanın Rusiya ilə dostluq etmək niyyətindən uzaq olduğu məqamda Moskvanın cənub dövlətləri ilə əməkdaşlığı hamı üçün faydalı olacaq: "Rusiyanın texnologiyası, nəqliyyat imkanları, böyük bazarı və bunun qarşılığında Türkiyə, İran və ya Azərbaycan kimi cənub ölkələrinin bütün il boyu təmin edə biləcəyi məhsullar; bu, hamımız üçün üstünlükdür, açıq-aydın faydadır. Elə ona görə də son illərdə ölkələrimiz daha çox əməkdaşlıq edir".

O, Rusiyanın cənub ölkələri ilə tərəfdaşlığının və ya hətta ittifaqının Yaxın Şərqi "sakitləşdirə" biləcəyini vurğulayıb.

Rusiya-Türkiyə əməkdaşlığından danışan V.Jirinovski Rusiyanın həm ideoloji, həm də iqtisadi cəhətdən Türkiyəyə yaxın olduğunu bildirib: "Milyonlarla turistimiz hər il Türkiyənin kurort zonalarına gedir, Türkiyəni ən son silahlarla təchiz edirik və ümumilikdə Türkiyə hökumətinin siyasətini dəstəkləyirik. Öz növbəsində, minlərlə türkiyəli işçi Rusiyada çalışır. Rusiyada Türkiyənin bir çox tikinti şirkətləri fəaliyyət göstərir, Rusiya mağazalarının rəflərində Türkiyə istehsalı olan çoxlu meyvə-tərəvəz var".

O bildirib ki, Avropanın Ankaraya dərs keçdiyi, notasiya oxuduğu, necə yaşamaq lazım olduğunu öyrətməyə çalışdığı məqamda Rusiya Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 196
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter